Reklam resmi
Reklam resmi

Stüardessanı keçmiş sevgilisi ÖLDÜRDÜ

Stüardessanı keçmiş sevgilisi ÖLDÜRDÜ
Dünya

Sankt-Peterburq sakini, stüardessa Anastasiya ölümündən bir ay əvvəl keçmiş partnyorunun onu öldürə biləcəyi barədə xəbərdarlıq edib.

Ajans.az xarici mediaya istinadən xəbər verir ki, onun dəfələrlə etdiyi müraciətlərə lazımi reaksiya verilməyib. İndi isə qadının şikayətlərinə məhəl qoymayan polis əməkdaşları barəsində araşdırma aparılır və onları həbs cəzası gözləyə bilər.

Anastasiya dəfələrlə keçmiş partnyorunun ona təzyiq göstərdiyini bildirib. O, döyülmələr və təhdidlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət etsə də, iddialarına görə, lazımi müdafiəni ala bilməyib.

Ölümündən qısa müddət əvvəl çəkdiyi videoda qadın bunları deyib

“Polis mənə kömək etmədi. Dəfələrlə döyüldüm, işgəncələrə məruz qaldım. Döyülmə izlərini dəfələrlə lentə aldım. Sənədlərim cırıldı. Məni qaçırdılar. ‘Yaxşı’ iş görən polisə təşəkkür edirəm.”

Hadisədən bir ay sonra Anastasiya ölü vəziyyətdə tapılıb. İstintaqın məlumatına görə, qadının ölümündən əvvəl etdiyi çoxsaylı şikayətlərə baxmayaraq, aidiyyəti qurumlar tərəfindən lazımi tədbirlər görülməyib. Hazırda bu müraciətləri araşdırmayan polis əməkdaşlarının məsuliyyəti məsələsi araşdırılır.

author picture
Leyla Bayandurlu
Mövzular:
Sankt-Peterburq Rusiya stüardessa

Digər Xəbərlər