Tramp və Pezeşkian memorandum İMZALADI
ABŞ Prezidenti Donald Tramp və İran Prezidenti Məsud Pezeşkian ABŞ-İran atəşkəsi ilə bağlı 14 maddəlik memorandum imzalayıblar.
Ajans.az xəbər verir ki, sənəd daimi atəşkəs danışıqlarına şərait yaratmaq məqsədilə mövcud atəşkəs rejimini, o cümlədən Livandakı atəşkəsi daha 60 gün uzadır. Memorandum ingilis və fars dillərində elektron qaydada imzalanıb və İran XİN-in məlumatına görə, artıq qüvvəyə minib. Tramp sənədi Versal Sarayında imzalayıb.
Mövzular: