Rusiyada DƏHŞƏTLİ QƏTL: Kişini öldürüb və sevgilisinə...
Rusiyada təxminən 30 il əvvəl törədilmiş qətl və cinsi zorakılıq hadisəsi ilə bağlı yeni detallar üzə çıxıb. Hüquq-mühafizə orqanları həmin cinayətdə şübhəli bilinən şəxsi müəyyən edərək barəsində ittiham irəli sürüblər.
Ajans.az xarici mediaya istinadən xəbər verir ki, hadisə 1997-ci il martın 9-na keçən gecə baş verib. Təqsirləndirilən şəxs Razdolnoye kəndi yaxınlığında torpaq yolda park edilmiş avtomobillə qarşılaşıb. O, avtomobilin sürücüsünə ov tüfəngi ilə atəş açaraq onu qətlə yetirib.
Daha sonra şübhəli qadını avtomobillə Dalekoye kəndinə apararaq ona qarşı zorakılıq edib. İstintaq materiallarına əsasən, cinayətin üzə çıxacağından ehtiyatlanan şəxs daha sonra qadına bıçaqla xəsarətlər yetirib və onun öldüyünü zənn edərək hadisə yerindən qaçıb.
Məlumata görə, uzun illər açılmamış qalan iş üzrə aparılan əlavə araşdırmalar zamanı molekulyar-genetik ekspertiza təyin olunub. Zərərçəkənin geyimində aşkar edilən bioloji izlərin təqsirləndirilən şəxsə məxsus olduğu müəyyən edilib.
İstintaq zamanı məlum olub ki, həmin şəxs artıq digər ağır cinayətlərə görə məhkum edilib və Rusiyanın "Qara Delfin" xüsusi rejimli cəzaçəkmə müəssisəsində ömürlük həbs cəzası çəkir.
Hazırda ona qətl, qətl cəhdi və cinsi toxunulmazlığa qarşı zorakı cinayətlər maddələri ilə əlavə ittihamlar irəli sürülüb. İstintaqın cinayət işinin bütün hallarını müəyyənləşdirmək üçün davam etdiyi bildirilir.