Türkiyə: Azərbaycan və Ermənistan arasındakı durumdan məmnunuq
“Azərbaycan və Ermənistan arasındakı sülh və normallaşma prosesindəki irəliləyişdən məmnunuq”.
Ajans.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
“Azərbaycan və Ermənistan arasındakı sülh və normallaşma prosesindəki irəliləyişdən məmnunuq. Proses çərçivəsində atılan addımlar artıq bölgədə sülhün bərqərar olduğunu göstərir. İqtisadi yaxınlaşmanın, nəqliyyat və ticarət xətlərinin genişləndirilməsi, enerji və logistik sahədə qurulan əməkdaşlıq regional sabitliyin qarantı olacaq.
Mövzular: