Reklam resmi
Reklam resmi

İsrail ABŞ-İran razılaşmasını RƏDD ETDİ

İsrail ABŞ-İran razılaşmasını RƏDD ETDİ
Dünya

İsrail və Livan arasında tarixi razılaşmanın əldə olunması imkanları əldən çıxıb.

Ajans.az xarici mediaya istinadən xəbər verir ki,əbər verir ki, mənbələr İsrail hökumətinin “Hizbullah” terror təşkilatına qarşı əldə olunan hərbi uğurlardan siyasi məqsədlər üçün istifadə etməsini tənqid ediblər.

“Xəbərdarlıq etmişdik ki, ancaq ABŞ Prezidenti Donald Trampa arxalanmaq təhlükəlidir, o, qəfil mövqeyini dəyişə bilər. Amma bu xəbərdarlığa məhəl qoyulmadı”.

İsrail rəsmiləri ABŞ-nin İranla müvafiq sazişi imzaladıqdan sonra İsrail ordusunun 60 gün ərzində Livandan çıxarılması ilə bağlı tələbin qəbul olunmayacağını ehtimal edirlər.

Xatırladaq ki, bundan əvvəl ABŞ, İran və vasitəçi Pakistan Vaşinqton və Tehran arasında, o cümlədən Livanda hərbi əməliyyatların dayandırılması məqsədi daşıyan razılaşmanı təsdiqləyib. Sənədin iyunun 19-da Cenevrədə imzalanması planlaşdırılır.

İsrail ABŞ və İranın müvafiq bəyanatlarından sonra hərbi qüvvələrini Livandan çıxarmayacağını bəyan edib.

author picture
Leyla Bayandurlu
Mövzular:
İsrail İran Livan ABŞ Donald Tramp

Digər Xəbərlər