Livanla atəşkəs memoranduma daxil edilib
İran Livanda müharibənin dayandırılmasını istəyir və ABŞ ilə imzalanması nəzərdə tutulan yekun memorandumda əsas şərtlərdən biri budur.
Ajans.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi Livanın Prezidenti Cozef Aun və bu ölkənin parlamentinin sədri Nəbih Berri ilə telefon danışıqları zamanı deyib.
"İran Livanda müharibənin dayandırılması istəyinə istinad edərək, memorandumun bəndlərinin lazımi şəkildə yerinə yetirilməsinə görə ABŞ-nin məsuliyyətini və İsrailin Livana qarşı hücumlarının tamamilə dayandırılmasının zəruriliyini vurğulayıb", - Əraqçi bildirib.
Mövzular: