Reklam resmi
Reklam resmi

ABŞ və İran arasında razılıq əldə olunub

ABŞ və İran arasında razılıq əldə olunub
Dünya

ABŞ prezidenti Donald Tramp Vaşinqton və Tehran arasında müəyyən razılığın əldə olunduğunu bəyan edib.

Ajans.az xəbər verir ki, Amerika liderinin sözlərinə görə, o, İrana qarşı tətbiq olunan məhdudiyyətlərin yumşaldılmasına və Hörmüz boğazı vasitəsilə gəmi daşımalarının bərpasına icazə verib.

Tramp bildirib ki, bu addım bölgədə gərginliyin azaldılması və beynəlxalq ticarətin fasiləsiz davam etdirilməsi məqsədi daşıyır. O, tərəflər arasında əldə olunan razılaşmanın detalları barədə əlavə məlumat verməyib.

Qeyd edək ki, Hörmüz boğazı dünyanın ən vacib enerji nəqli marşrutlarından biri hesab olunur. Boğaz vasitəsilə hər gün milyonlarla barel neft və digər enerji resursları dünya bazarlarına daşınır. Bu səbəbdən bölgədə baş verən hər hansı gərginlik qlobal enerji bazarlarına birbaşa təsir göstərir.

Hazırda ABŞ və İran arasında əldə olunduğu bildirilən razılaşmanın şərtləri və onun regional təhlükəsizliyə mümkün təsirləri diqqətlə izlənilir.

author picture
Leyla Bayandurlu
Mövzular:
ABŞ Donald Tramp İran

Digər Xəbərlər