Reklam resmi
Reklam resmi

Məşhur müğənni və blogger helikopter qəzasında HƏLAK OLDULAR

Məşhur müğənni və blogger helikopter qəzasında HƏLAK OLDULAR
Dünya

Braziliyanın Rio-de-Janeyro şəhərində baş verən helikopter qəzasında amerikalı müğənni Oliver Tree və daha beş nəfərin həyatını itirdiyi bildirilir.

Ajans.az xəbər verir ki, CNN Brazil-in polis mənbələrinə istinadən yaydığı məlumata görə, hadisə şəhərin cənub-qərbində yerləşən Recreio dos Bandeirantes məhəlləsində qeydə alınıb. İki helikopterin havada toqquşması nəticəsində ümumilikdə altı nəfər həlak olub.

Məlumata əsasən, həlak olanlardan beşi, o cümlədən amerikalı musiqiçi Oliver Tree və argentinalı YouTuber Qaspar Prima eyni helikopterdə olub. Digər helikopterdə isə yalnız pilotun olduğu bildirilir.

Toqquşmadan sonra hər iki hava nəqliyyat vasitəsi elektrik avtomobilləri üçün nəzərdə tutulmuş dayanacağa düşüb. Qəza nəticəsində ən azı 20 avtomobil yanaraq yararsız hala düşüb. Hadisənin başvermə səbəbi hələlik açıqlanmayıb və araşdırma aparılır.

Qeyd edək ki, Oliver Tree (əsl adı Oliver Tree Nickell) “Life Goes On”, “Alien Boy”, “Hurt” və “When I'm Down” kimi məşhur hitlərin müəllifi kimi tanınırdı. 32 yaşlı sənətçinin dünya turnesi çərçivəsində Rio-de-Janeyroda olduğu bildirilir.

author picture
Leyla Bayandurlu
Mövzular:
Amerika Oliver Tri Braziliya Qəza

Digər Xəbərlər