Reklam resmi
Reklam resmi

Müasir incəsənətin ən nüfüzlu siması VƏFAT ETDİ

Müasir incəsənətin ən nüfüzlu siması VƏFAT ETDİ
Dünya

Britaniyalı rəssam Devid Hokni 88 yaşında vəfat edib.

Ajans.az xəbər verir ki, bu barədə BBC rəssamın agentinə istinadən məlumat yayıb.

Devid Hokni XX əsrin ikinci yarısı və XXI əsrin əvvəllərinin ən tanınmış və təsirli britaniyalı rəssamlarından biri kimi qəbul olunurdu. O, pop-art cərəyanının aparıcı nümayəndələrindən biri olub və yaradıcılığı ilə dünya incəsənətində dərin iz buraxıb.

Rəssamın əsərləri dəfələrlə hərrac rekordları qırıb. Onun 1972-ci ildə yaratdığı "Bir rəssamın portreti (İki fiqurlu hovuz)" əsəri 2018-ci ildə Nyu-Yorkda Christie's hərracında 90,3 milyon dollara satılaraq yaşayan rəssamların ən bahalı əsərlərindən biri statusunu qazanmışdı.

Hokninin ən məşhur işlərindən biri də "Sıçrama" ("A Bigger Splash") əsəridir. Rəsmdə hovuza tullanışdan sonra yaranan su sıçrantısı təsvir olunsa da, dalğıcın özü görünmür. Bu əsər müasir incəsənətin ikonalarından biri hesab edilir.

Devid Hokninin ölümü dünya incəsənət ictimaiyyətində böyük itki kimi

author picture
Leyla Bayandurlu
Mövzular:
Britaniya Devid Hokni rəssam

Digər Xəbərlər