ABŞ-də GÜCLÜ TORNADO: Minlərlə insan elektriksiz qalıb
ABŞ-nin Orta Qərb bölgəsində baş verən güclü tornado genişmiqyaslı dağıntılara səbəb olub. Təbii fəlakət nəticəsində yüz minlərlə sakin işıqsız qalıb.
Ajans.az Fox News-a istinadən xəbər verir ki, ən çox zərər görən ərazilərdən biri İllinoys ştatının Streator şəhəri olub. Yerli hakimiyyət orqanları sakinlərə zəruri ehtiyac olmadığı təqdirdə sığınacaqları tərk etməməyi tövsiyə edib.
İndiana ştatının Merrillville şəhərində də ciddi dağıntılar qeydə alınıb. Güclü külək nəticəsində çoxsaylı ağaclar aşaraq yolları bağlayıb, elektrik xətləri zədələnib.
Tornado və müşayiət olunan fırtına səbəbindən yüz minlərlə abonent elektriksiz qalıb. Hazırda zərər çəkmiş ərazilərdə axtarış-xilasetmə və bərpa işləri davam etdirilir.
Səlahiyyətli qurumlar sakinləri təhlükəsizlik qaydalarına əməl etməyə və rəsmi xəbərdarlıqları diqqətlə izləməyə çağırır.
Mövzular: