Xırdalanda baş verən yanğın dərhal SÖNDÜRÜLÜB
Abşeron rayonunda baş verən yanğının harda başladığı məlum olub.
Bu barədə Ajans.az-a FHN-dən məlumat verilib. Məlumata görə, Abşeron rayonu, Xırdalan şəhəri, Abşeron Gənclər şəhərciyində baş vermiş yanğın, DOST Mərkəzində baş verməyib. Hadisə binanın yaxınlığında məişət tullantıları yığılan sahədə baş verib.
Baş vermiş yanğın dərhal söndürülüb.
Mövzular: