BMT rəhbəri İsrail və “Hizbullah”a ÇAĞIRIŞ ETDİ
BMT-nin Baş katibi Antoniu Quterreş Livanın ərazi bütövlüyünü və suverenliyini nəzərə alacaq atəşkəs danışıqlarının davam etdirilməsinə çağırıb.
Ajans.az xəbər verir ki, bu barədə BMT-nin Baş katibi “X” sosial media hesabında paylaşım edib.
"Bütün tərəflər Livanın ərazi bütövlüyünə, suverenliyinə və siyasi müstəqilliyinə tam hörmət edən diplomatik tənzimləmə üzərində işləməlidirlər. Bu proses hər yerdə bütün tərəflər tərəfindən riayət edilən hərtərəfli atəşkəslə başlamalıdır", — deyə o, yazıb.
Mövzular: