Körfəzdə YANĞIN: ÖLƏN VAR
Oman körfəzində, Omanın şimal-şərqindən təxminən 20 dəniz mili məsafədə yerləşən tankerdə yanğın baş verib.
Ajans.az xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatları Koordinasiya Mərkəzi (UKMTO) məlumat yayıb.
Məlumata görə, yanğın gəminin mühərrik bölməsində başlayıb. Hadisədən sonra yerli hakimiyyət orqanları heyət üzvlərinin təxliyəsinə kömək etmək üçün əraziyə cəlb olunub.
İlkin məlumatlara əsasən, bir heyət üzvü həlak olub, daha iki nəfər isə itkin düşmüş hesab olunur.
UKMTO hazırda hadisənin texnogen və ya təhlükəsizlik təhdidi ilə əlaqəli olduğuna dair hər hansı əlamətin qeydə alınmadığını bildirib.
Faktla bağlı araşdırma aparılır.
Mövzular: