Reklam resmi
Reklam resmi

ABŞ miqrantları yenidən DEPORTASİYA EDİR

ABŞ miqrantları yenidən DEPORTASİYA EDİR
Dünya

ABŞ Daxili Təhlükəsizlik Departamenti (DHS) immiqrasiya orqanlarına seçkilərdə qanunsuz iştirak etdiyi müəyyən edilən miqrantların deportasiya olunması barədə göstəriş verib.

Ajans.az xəbər verir ki, bu barədə Fox News departamentin daxili sənədlərinə istinadən məlumat yayıb.

Sənədlərə əsasən, bu addım ABŞ seçki sisteminin şəffaflığını artırmaq və immiqrasiya nəzarətini gücləndirmək məqsədi daşıyır.

Qeyd olunur ki, 2025-ci ilin yanvarında 47-ci prezident kimi and içən Donald Tramp dəfələrlə vəzifəyə başlamazdan əvvəl ölkəyə milyonlarla qanunsuz miqrantın daxil olduğunu iddia edib. O, daha sərt immiqrasiya siyasətinin tərəfdarı kimi çıxış edir.

author picture
Leyla Bayandurlu
Mövzular:
ABŞ ABŞ Daxili Təhlükəsizlik Departamenti

Digər Xəbərlər