Britaniya məktəbində HÜCUM: 3 nəfər YARALANIB
Böyük Britaniyanın Mançester şəhərində yerləşən məktəb binasında bıçaqlı hücum baş verib. Hadisə nəticəsində üç nəfər yaralanıb.
Ajans.az Daily Mail qəzetinə istinadən xəbər verir ki, insident Plant Hill Road ünvanında yerləşən Co-op Academy məktəbində qeydə alınıb. Hadisədən sonra hüquq-mühafizə orqanları şübhəli şəxsi qısa müddətdə saxlayıblar. Təhlükəsizlik məqsədilə məktəbdə dərhal karantin rejimi tətbiq edilib.
Polis üç nəfərin bıçaq xəsarətləri aldığını təsdiqləsə də, onların həyatına təhlükə olmadığı bildirilib. Təcili yardım xidmətlərinin hadisə yerində fəaliyyətini davam etdirdiyi qeyd olunur.
Rəsmilər həmçinin məktəbdəki digər şagird və müəllimlər üçün hər hansı əlavə təhlükənin olmadığını açıqlayıblar.



Mövzular: