Reklam resmi
Reklam resmi

Rusiyada DƏHŞƏT: HƏLAK OLANLAR VAR

Rusiyada DƏHŞƏT: HƏLAK OLANLAR VAR
Dünya
836

Rusiyanın Sankt-Peterburq şəhərində Finlandiya vağzalı yaxınlığında yerləşən anqarda baş verən partlayış və sonrakı yanğın nəticəsində üç nəfər həyatını itirib, iki nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Ajans.az xarici mediaya istinadən xəbər verir ki, partlayış nəticəsində bir nəfər hadisə yerində ölüb. Daha iki nəfər isə partlayışın təsirindən hasarın uçması nəticəsində ölümcül xəsarətlər alıb. Yaralıların vəziyyəti ilə bağlı əlavə məlumat verilməyib.

İlkin ehtimallara əsasən, partlayış kimyəvi reagentlərin saxlanıldığı anqarda baş verib. Hadisədən sonra Finlandiya vağzalının bir əməkdaşının itkin düşdüyü bildirilir. Məlumata görə, o, partlayış zamanı telefonla danışırmış. Zəng qəfil kəsilib və həmin şəxslə daha sonra əlaqə saxlamaq mümkün olmayıb.

Mineralnaya küçəsində yerləşən anqarda yanğın yerli vaxtla saat 18:00 radələrində başlayıb və təxminən 400 kvadratmetr ərazini əhatə edib. Hadisəyə üçüncü dərəcəli yanğın statusu verilib. Açıq alov yalnız saat 22:50 radələrində tam söndürülüb.

Faktla bağlı Rusiya İstintaq Komitəsi tərəfindən tikinti və ya digər işlər zamanı təhlükəsizlik qaydalarının pozulması maddəsi ilə cinayət işi başlanıb. Hadisənin dəqiq səbəbləri araşdırılır.

author picture
Leyla Bayandurlu
Mövzular:
Rusiya Sankt-Peterburq

Digər Xəbərlər