Reklam resmi
Reklam resmi

Tramp İran və İsraili dərhal atəşi dayandırmağa çağırıb

Tramp İran və İsraili dərhal atəşi dayandırmağa çağırıb
Dünya

Yaxın Şərqdə gərginliyin artması fonunda ABŞ Prezidenti Donald Tramp İran və İsraili hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb.

Ajans.az xəbər verir ki, bu barədə o, “Truth Social” platformasında paylaşım edib.

Məlumata görə, iyunun 7-si axşam saatlarında İran İsrailin şimal bölgəsinə bir neçə raket zərbəsi endirib. Hücum zamanı Hayfa da daxil olmaqla bir sıra ərazilərdə hava hücumu siqnalları səslənib.

İsrail tərəfi isə İranın Tehranın Beyrut ətrafına endirilən hava zərbələrinə cavab olaraq raket hücumu həyata keçirdiyini bildirib. Daha sonra İsrail Müdafiə Qüvvələri İranın mərkəzi və qərb bölgələrində hərbi obyektlərə zərbələr endirdiyini açıqlayıb.

İran isə öz növbəsində İsrail ərazilərinə cavab hücumlarını davam etdirib.

Donald Tramp açıqlamasında tərəfləri “dərhal atəşi dayandırmağa” çağırıb.

author picture
Leyla Bayandurlu
Mövzular:
ABŞ Donald Tramp İran İsrail

Digər Xəbərlər