İran XİN: İsrailə SƏRT cavab veriləcək
Bu gün İran Xarici İşlər Nazirliyi bəyanat yayaraq İsrailin bundan sonrakı hər hansı hərəkətinə sərt cavab veriləcəyini bildirib.
Ajans.az xəbər verir ki, 8 aprel atəşkəsinin dəfələrlə pozulması və İsrail ilə ABŞ-nin İran və Livana qarşı davam edən hərbi əməliyyatları fonunda İran Silahlı Qüvvələri BMT-nin 51-ci maddəsinə əsasən özünümüdafiə hüququndan istifadə edərək bir neçə hərbi hədəfə zərbə endirib.
Nazirlik vurğulayıb ki, Livan atəşkəsi 8 aprel razılaşmasının ayrılmaz hissəsidir və ABŞ bu razılaşmanın pozulması və bölgədə gərginliyin artmasında məsuliyyət daşıyır. Bəyanatda bildirilib ki, İsrailin bundan sonrakı hər hansı hərəkətinə İran tərəfindən sərt cavab veriləcək.
Mövzular: