Reklam resmi
Reklam resmi

İranda edamlar gözlənilir

İranda edamlar gözlənilir
Dünya

İranın Ali Məhkəməsi ölkənin cənub-qərbindəki Əhvaz şəhərində yerləşən "Şeyban" həbsxanasında saxlanılan beş siyasi məhbus barəsində çıxarılan ölüm hökmlərini qüvvədə saxlayıb.

Ajans.az xəbər verir ki, bu barədə "Karun" insan hüquqları təşkilatı məlumat yayıb.

Hüquq müdafiəçilərinin bəyanatında bildirilir ki, müstəqil vəkillərin prosesə cəlb olunmasının məhdudlaşdırılması, təqsirləndirilən şəxslərin hüquqlarının pozulması və "məcburi etiraflar" əsasında keçirilən məhkəmə iclaslarından sonra hər beş məhbus yaxın günlərdə edam edilmək təhlükəsi ilə üz-üzədir.

Mövzular:
ABŞ İran edam

Digər Xəbərlər