Reklam resmi
Reklam resmi

Macarıstan Ermənistan və Gürcüstan vətəndaşlarına məhdudiyyət qoydu

Macarıstan Ermənistan və Gürcüstan vətəndaşlarına məhdudiyyət qoydu
Dünya

Macarıstan hökuməti Gürcüstan, Ermənistan və Filippin vətəndaşlarına iş vizalarının verilməsini dayandırmaq qərarına gəlib.

Ajans.az xəbər verir ki, bu barədə hökumətin sözçüsü Vanda Sondin açıqlamasında qeyd edib.

Qərar xarici işçilərin sayının tənzimlənməsi və yerli əmək bazarının qorunması məqsədi daşıyır.

Onun sözlərinə görə, hökumət hesab edir ki, xarici işçi qüvvəsinin artması yerli işçilərin əməkhaqlarının yüksəlməsinə mənfi təsir göstərir. Bu səbəbdən xarici vətəndaşların məşğulluğu ilə bağlı qaydaların sərtləşdirilməsi nəzərdə tutulur.

Sondi bildirib ki, bu addım ölkəyə xarici işçi axınının məhdudlaşdırılması istiqamətində görülən ilk tədbirdir.

Bununla yanaşı, artıq Macarıstanda çalışan xarici vətəndaşlar mövcud icazələrinin müddətinin uzadılması üçün müraciət edə biləcəklər. Həmçinin qərarın qüvvəyə minməsindən əvvəl təqdim olunmuş ərizələr müəyyən edilmiş prosedurlara uyğun şəkildə nəzərdən keçiriləcək.

Macarıstan hökuməti yaxın vaxtlarda xarici işçilərlə bağlı yeni tənzimləmə mexanizmlərinin də tətbiq oluna biləcəyini istisna etmir.

author picture
Leyla Bayandurlu
Mövzular:
Macarıstan Ermənistan Gürcüstan

Digər Xəbərlər