Zelenski Putinə məktub YAZDI
Ukraynanın prezidenti Volodimir Zelenski Vladimir Putinə münaqişəni başa çatdırmağı təklif edib.
Ajans.az xəbər verir ki, Zelenski bu barədə yazdığı məktubu öz saytında dərc edib.
“Ukrayna müharibəni sizinlə bizim aramızda olan formatda başa çatdırmağı təklif edir”, - deyə məktubda qeyd olunub.Zelenski “hamının hamıya” prinsipi əsasında əsir mübadiləsinə hazır olduğunu və beynəlxalq tərəfdaşların iştirakı ilə uzunmüddətli təhlükəsizlik təminatlarının axtarılmasını dəstəklədiyini bildirib.
O, müharibənin başa çatdırılması yollarını müzakirə etmək üçün neytral ölkədə şəxsi görüş keçirməyi təklif edib və danışıqlar müddətində tam atəşkəsə çağırıb.
Mövzular: