Xomeyninin mərasiminə Pezeşkian QATILMADI
İranın keçmiş ali rəhbəri Ruhullah Xomeyninin vəfatının ildönümü ilk dəfə onun xələfi Əli Xameneinin iştirakı olmadan keçirilib.
Ajans.az xəbər verir ki, bu barədə “Iran International” yazıb.
Mənbə İranın yeni Ali rəhbəri Müctəba Xameneinin də mərasimə qatılmadığını, ölkənin rəhbər şəxslərindən yalnız məhkəmə sisteminin rəisi Qulamhüseyn Mohseni-Ejeinin iştirak etdiyini bildirib.
İran Prezidenti Məsud Pezeşkianın da mərasimdə iştirak etmədiyi bildirilib.
Ruhullah Xomeyni qərargahının katibi Məhəmmədəli Ənsari iyunun 1-də bildirmişdi ki, vəfat ildönümü ilə əlaqədar ənənəvi mərasim əvvəlki illərlə müqayisədə bəzi dəyişikliklərlə keçiriləcək. O, müəyyən dövlət rəsmiləri, nazirlər, parlament üzvləri, qurum rəhbərləri və hərbi komandirlərin mərasimə dəvət olunmadıqlarını açıqlamışdı.
Mövzular: