Reklam resmi
Reklam resmi

Yük və minik avtomobilləri toqquşdu - Xəsarət alanlar var

Yük və minik avtomobilləri toqquşdu - Xəsarət alanlar var
Hadisə

Cəlilabad rayonunda dörd nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

Ajans.az xəbər verir ki, hadisə köhnə Ələt–Astara yolunun Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb.

"Zil" markalı yük və "Kia" markalı minik avtomobillərinin toqquşması nəticəsində yük maşını idarəetməni itirərək aşıb. Hadisə zamanı xəsarət aldığı bildirilən dörd nəfər xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.(report)

Mövzular:
qəza sürücü avtomobil

Digər Xəbərlər