Reklam resmi
Reklam resmi

Dubay şahzadəsinin azərbaycanlı keçmiş xanımı və 3 qızı QAÇIRILDI

Dubay şahzadəsinin azərbaycanlı keçmiş xanımı və 3 qızı QAÇIRILDI
Dünya

Dubay şahzadəsinin keçmiş həyat yoldaşı, azərbaycanlı keçmiş gimnast Zeynəb Cavadlının və üç azyaşlı övladının Dubay polisi tərəfindən aparıldığı iddia edilir. Bu barədə onun britaniyalı insan haqları üzrə vəkili Devid Heyq açıqlama verib.

Ajans.az xəbər verir ki, bu barədə onun britaniyalı insan haqları üzrə vəkili Devid Heyq açıqlama verib.

Vəkilin sözlərinə görə, Zeynəb Cavadlı ilə son əlaqə iyunun 2-də baş tutub və həmin vaxtdan sonra onunla əlaqə kəsilib. Heyq bildirib ki, Cavadlının təhlükəsizliyi və harada olması ilə bağlı ciddi narahatlıqlar var.

O, iddia edib ki, Dubay hökmdarı Şeyx Məhəmməd bin Rəşid Əl Maktumun qardaşı oğlu Şeyx Səid bin Məktum bin Rəşid Əl Maktumun keçmiş həyat yoldaşı olan Zeynəb Cavadlı və övladları gecə saatlarında evlərinə edilən basqın zamanı aparılıblar.

Devid Heyqin sözlərinə görə, Cavadlı uzun illərdir keçmiş əri ilə uşaqların qəyyumluğu uğrunda hüquqi mübarizə aparırdı. O bildirib ki, Dubay məhkəməsi Zeynəb Cavadlıya qızlarının qəyyumluğunu atalarına qaytarmağı tələb edib və qərarın icrası üçün zərurət yarandıqda məcburi güc tətbiq oluna biləcəyi qeyd olunub.

Vəkil hesab edir ki, iyunun 2-nə keçən gecə təhlükəsizlik qüvvələri həmin qərarın icrası məqsədilə Zeynəb Cavadlının evinə daxil olaraq onu və üç övladını aparıblar.

Heyq həmçinin bildirib ki, Zeynəb Cavadlının anası qızına və nəvələrinə dəstək olmaq üçün Dubaya gəlsə də, onların yaşadığı evin bağlı olduğunu görüb. Onun sözlərinə görə, qadına ölkəni tərk edə bilməyəcəyi bildirilib.

Qeyd edək ki, bu ilin aprelində Dubay məhkəməsinin qərarı ilə Zeynəb Cavadlıdan üç qızının qəyyumluğunu atalarına verməsi tələb olunmuşdu. Keçmiş gimnast isə daha əvvəl bağlanmış hüquqi razılaşmanın ona uşaqlarını yanında saxlamaq hüququ verdiyini bildirərək qərara etiraz edib.

Ötən il yayımlanan məhkəmə sənədlərində Zeynəb Cavadlı keçmiş həyat yoldaşını uşaqlara qarşı laqeyd münasibətdə olmaqda, onları nəzarətsiz qoymaqda və psixoloji zərər vurmaqda ittiham etmişdi.

Hadisə ilə bağlı Dubay hakimiyyət orqanları və Şeyx Səid bin Məktum bin Rəşid Əl Maktum tərəfindən hələlik rəsmi açıqlama verilməyib.

author picture
Leyla Bayandurlu
Mövzular:
Zeynəb Cavadlı Dubay şahzadəsi Şeyx Məhəmməd bin Rəşid Əl Maktum

Digər Xəbərlər