Livan və İsrail atəşkəs ELAN ETDİ
Livan və İsrail nümayəndələri ABŞ-də keçirilən danışıqların yekununda atəşkəs rejiminin icrası ilə bağlı razılıq əldə ediblər.
Ajans.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin yaydığı bəyanatda bildirilib.
Qeyd olunub ki, tərəflər iyunun 2-3-də Vaşinqtonda ABŞ-ın vasitəçiliyi ilə danışıqlar aparıblar.
Bəyanata əsasən, razılaşma “Hizbullah”ın atəşi tam dayandırması və təşkilatın Litani çayının cənubundakı bütün qüvvələrini bölgədən çıxarması şərti ilə həyata keçiriləcək.
Mövzular: