Reklam resmi
Reklam resmi

Ağır QƏZA: Azyaşlı HƏYATINI İTİRDİ

Ağır QƏZA: Azyaşlı HƏYATINI İTİRDİ
Hadisə

Sabirabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Ajans.az xəbər verir ki, hadisə bu gün saat 17:00-da rayonun Şıxsalahlı kəndi ərazisində qeydə alınıb.

Qeyd olunub ki, kənd sakini, 2000-ci il təvəllüdlü Nurlan Fəttahov idarə etdiyi VAZ-2107 markalı avtomobillə velosipedlə hərəkətdə olan azyaşlını vurub.

Ağır xəsarət alan azyaşlını xəstəxanaya çatdırmaq istəsələr də o, yolda həyatını itirib.

Faktla bağlı araşdırma aparılır./oxu.az

Mövzular:
Sabirabad rayonu qəza

Digər Xəbərlər