Beynəlxalq Spar Konqresi- Bu izləmək üçün mühüm platformadır
"Ötən həftə komanda yoldaşlarımızla birlikdə Belfastda keçirilən 69-cu Beynəlxalq SPAR Konqresində iştirak etdik".
Ajans.az xəbər verir ki, bu sözləri Araz Marketlər Şəbəkəsinin Marketinq direktoru Ramil Ağayev bildirib.
"“Local Excellence, Connected Worldwide” mövzusunda təşkil olunan konqresdə pərakəndə ticarət sektorunda innovasiya, müştəriyönümlü yanaşmalar, təchizat zəncirinin inkişafı, dayanıqlı böyümə və beynəlxalq əməkdaşlıq imkanları kimi məsələlər müzakirə olundu.
Fikrimcə, 40-dən çox ölkəni təmsil edən SPAR nümayəndələrinin və beynəlxalq ekspertlərin iştirak etdiyi bu konqres müxtəlif təcrübələri müqayisə etmək, yeni yanaşmalarla tanış olmaq və qlobal retail trendlərini yaxından izləmək üçün mühüm platformadır. Həmçinin, retail sektorunun gələcəyini formalaşdıran yenilikləri yerində müşahidə etmək və əldə olunan təcrübələri bölüşmək mənim üçün dəyərli təcrübə oldu".



Mövzular: