Reklam resmi
Reklam resmi

Tanınmış futbolçu ağır qəzada ÖLDÜ

Tanınmış futbolçu ağır qəzada ÖLDÜ
Dünya

Yunanıstan millisinin və bir neçə İtaliya klubunun keçmiş müdafiəçisi Marios Oikonomu yol-nəqliyyat hadisəsindən sonra xəstəxanada vəfat edib.

Ajans.az xarici mediaya istinadən xəbər verir ki, 33 yaşlı Oionomu mayın 23-də Yunanıstanın Yanina şəhərinin mərkəzi küçəsində idarə etdiyi motosikleti geriyə dönmə əməliyyatı yerinə yetirən yük avtomobilinə çırpıb. Futbolçu dərhal baş nahiyəsinin ağır xəsarətləri ilə xəstəxanaya çatdırılıb və bir neçə gün sonra reanimasiyada dünyasını dəyişib.

author picture
Leyla Bayandurlu
Mövzular:
Yunanıstan Marios Oikonomu

Digər Xəbərlər