Rusiya Ermənistandan bu məhsulun idxalını məhdudlaşdırdı
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (Rosselxoznadzor) iyunun 2-dən Ermənistandan çəyirdəkli meyvələrin və üzümün idxalını məhdudlaşdıracaq.
Ajans.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, bu məhdudiyyətlər Ermənistan meyvələrinin Rusiyaya tədarükü zamanı pozuntu hallarının çoxalması ilə əlaqədar tətbiq edilib.
Mövzular: