Reklam resmi
Reklam resmi

Sabah bu ərazidə qaz OLMAYACAQ

Sabah bu ərazidə qaz OLMAYACAQ
Cəmiyyət

Abşeron rayonunun bir hissəsində qaz təchizatı dayandırılacaq.

Ajans.az xəbər verir ki, bu barədə Sumqayıt Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar olaraq iyunun 2-də saat 10:00-dan işlər başa çatanadək Masazır qəsəbəsinin Əliağa Vahid, Dədə Qorqud, Niyazi, 28 May, H.Z.Tağıyev, Süleyman Rüstəm, Hamlet Həşimov və Şıxəli Qurbanov küçələrində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Mövzular:
qaz fasilə Abşeron

Digər Xəbərlər