Reklam resmi
Reklam resmi

Cənubi Koreyada müdafiə zavodunda GÜCLÜ PARTLAYIŞ: ÖLƏNLƏR VAR

Cənubi Koreyada müdafiə zavodunda GÜCLÜ PARTLAYIŞ: ÖLƏNLƏR VAR
Dünya

Cənubi Koreyanın Daejeon şəhərində yerləşən müdafiə sənayesi müəssisəsində baş verən partlayış nəticəsində dörd nəfər həlak olub.

Ajans.az Yonhap agentliyinə istinadən xəbər verir ki, hadisə iyunun 1-də yerli vaxtla saat 10:59-da Hanwha Aerospace şirkətinə məxsus zavodda baş verib.

Partlayışdan sonra ölkə prezidenti Li Ce Myonq aidiyyəti qurumlara zərərçəkənlərin xilas edilməsi və hadisənin nəticələrinin aradan qaldırılması üçün bütün imkanların səfərbər edilməsini tapşırıb.

İlkin məlumata əsasən, partlayış zavodun birinci mərtəbəsində mühərrik sistemlərinin istehsalında istifadə olunan yanacağın alovlanması nəticəsində baş verib.

Hadisənin dəqiq səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.

author picture
Leyla Bayandurlu
Mövzular:
Cənubi Koreya Daejeon şəhəri

Digər Xəbərlər