Reklam resmi
Reklam resmi

Tramp: İranla saziş ya “böyük və mənalı” olacaq, ya da olmayacaq

Tramp: İranla saziş ya “böyük və mənalı” olacaq, ya da olmayacaq
Dünya

ABŞ prezidenti Donald Tramp İranla mümkün razılaşmanın yalnız “böyük və mənalı” şərtlərlə qəbul ediləcəyini bildirib.

Ajans.az xəbər verir ki, o, bu barədə “Truth Social” platformasında paylaşım edib.

Tramp qeyd edib ki, mümkün saziş keçmiş Obama administrasiyası dövründə imzalanmış nüvə razılaşmasının tam əksi olmalıdır.

“İran sazişi ya böyük və mənalı olacaq, ya da ümumiyyətlə baş tutmayacaq. Bu, Obama administrasiyasının müzakirə etdiyi JCPOA-dan tamamilə fərqli olacaq”, — deyə Tramp bildirib.

O əlavə edib ki, belə razılaşmaları qəbul etməyəcəyini düşünür.

author picture
Leyla Bayandurlu
Mövzular:
ABŞ Donald Tramp İran

Digər Xəbərlər