Reklam resmi
Reklam resmi

Rusiyada FACİƏ: Ailə diri-diri YANDI

Rusiyada FACİƏ: Ailə diri-diri YANDI
Dünya

Rusiyanın Moskva vilayətində baş verən yanğın nəticəsində dörd nəfərlik ailə həyatını itirib.

Ajans.az xəbər verir ki, bu barədə “112” Telegram kanalı məlumat yayıb.

Hadisə Pavlovski Posadın Yevseevo kəndində, “Tekstilşik-2” bağçılıq icmasında yerləşən yaşayış evində baş verib. Yanğın gecə saatlarında başlayaraq evi tamamilə bürüyüb.

Məlumata görə, həlak olanlar arasında iki uşaq da var. Onların həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. İlkin ehtimallara görə, yanğının səbəbi müəyyənləşdirilir.

Qeyd edək ki, bir müddət əvvəl Krasnoyarsk diyarının Şaripovski rayonunda da oxşar yanğın hadisəsi baş vermiş, nəticədə üç azyaşlı həlak olmuşdu. İlkin versiya kimi qısaqapanma göstərilmişdi.

author picture
Leyla Bayandurlu
Mövzular:
Rusiya Moskva vilayəti yanğın

Digər Xəbərlər