Ukraynaya DƏHŞƏTLİ HÜCUM: ÖLƏNLƏR VAR
Rusiya Silahlı Qüvvələrinin Ukrayna ərazisinə həyata keçirdiyi kütləvi hücum nəticəsində Kiyevdə iki nəfər həlak olub, azı 87 nəfər yaralanıb.
Ajans.az xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat yayıb. Yaralananlar arasında üç azyaşlının da olduğu bildirilir.
Məlumata görə, mayın 24-nə keçən gecə Rusiya qüvvələri Kiyev vilayətinə genişmiqyaslı raket zərbələri endirib. Hücum zamanı “Oreşnik” tipli ballistik raketin istifadə edildiyi və Bila Tserkva rayonunun hədəf alındığı qeyd olunur.
Hadisə nəticəsində yaşayış binaları və infrastruktur obyektlərinə ziyan dəyib. Xilasetmə və axtarış işləri davam edir.


Mövzular: