Reklam resmi
Reklam resmi

Güləşçimiz Avropa çempionu oldu

Güləşçimiz Avropa çempionu oldu
İdman

Azərbaycanın sərbəst güləşçisi Yusif Abdullayev Bolqarıstanın Samokov şəhərində keçirilən U15 Avropa çempionatında qızıl medal qazanıb.

Ajans.az xəbər verir ki, 38 kq çəki dərəcəsində çıxış edən idmançımız finalda Gürcüstan təmsilçisi Rezi Yobidze ilə qarşılaşıb.

Abdullayev həlledici görüşdə rəqibinə 10:0 hesabı ilə tam üstünlüklə qalib gələrək Avropa çempionu adını qazanıb.

Mövzular:
güləş qızıl medal Bolqarıstan

Digər Xəbərlər