Makronun iqamətgahında axtarış aparıldı
Fransa Prezidenti Emmanuel Makronun iqamətgahında - Parisdəki Yelisey sarayında axtarış aparılıb.
Ajans.az xəbər verir ki, bu barədə "Le Monde" nəşri məlumat verib.
Bildirilib ki, görkəmli şəxsiyyətlərin qalıqlarının Panteona köçürülməsi mərasimi üçün 20 ildən çox müddət ərzində tək bir şirkətə dövlət müqavilələrinin verilməsi faktı ilə bağlı araşdırma aparılır.
Mövzular: