BƏƏ İraqın atdığı 6 PUA-nı zərərsizləşdirib
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Müdafiə Nazirliyi son 48 saat ərzində İraq ərazisindən buraxılan altı pilotsuz uçuş aparatının (PUA) hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyini açıqlayıb.
Ajans.az xəbər verir ki, nazirliyin sosial media hesabında yayılan məlumatda bildirilib ki, dronlar ölkədə yerləşən mühüm obyektləri hədəf almağa cəhd göstərib.
Qeyd edilib ki, bütün PUA-lar vaxtında zərərsizləşdirilib və nəticədə hər hansı insan itkisi və ya strateji obyektlərə ziyan qeydə alınmayıb.
Mövzular: