Reklam resmi
Reklam resmi

ABŞ-də İslam Mərkəzinə hücum edən yeniyetmələr özlərini ÖLDÜRÜB

ABŞ-də İslam Mərkəzinə hücum edən yeniyetmələr özlərini ÖLDÜRÜB
Dünya

ABŞ-nin Kaliforniya ştatının San-Dieqo şəhərində yerləşən İslam Mərkəzinə silahlı hücum nəticəsində beş nəfər ölüb.

Ajans.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, kamuflyaj geyimində olan iki yeniyetmə məscidin qarşısında atəş açaraq mühafizəçi və daha iki nəfəri öldürüb. Daha sonra hücumçular ölü vəziyyətdə aşkarlanıb. Polis onların özlərini güllələdiyini ehtimal edir.

San-Dieqo polisinin rəhbəri Skott Uol bildirib ki, hadisə nifrət zəminində törədilmiş cinayət kimi araşdırılır.

Onun sözlərinə görə, hücumdan təxminən iki saat əvvəl şübhəlilərdən birinin anası polisə müraciət edərək oğlunun evdən qaçdığını, özü ilə üç silah və avtomobil götürdüyünü bildirib. Qadın oğlunun intihar meylli olduğunu qeyd edib.

Polis məlumatına əsasən, yeniyetmələrin yaxınlıqdakı ticarət mərkəzi və məktəb istiqamətində axtarışı aparıldığı vaxt məsciddə atışma barədə çağırış daxil olub.

author picture
Leyla Bayandurlu
Mövzular:
ABŞ Kaliforniya San-Dieqo şəhəri İslam Mərkəzi

Digər Xəbərlər