Reklam resmi
Reklam resmi

İran BƏƏ-ni ABŞ və İsraillə birgə hərəkətdə İTTİHAM EDİB

İran BƏƏ-ni ABŞ və İsraillə birgə hərəkətdə İTTİHAM EDİB
Dünya

İranın xarici işlər naziri Abbas Əraqçi Birləşmiş Ərəb Əmirliklərini (BƏƏ) ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarında birbaşa iştirak etməkdə ittiham edib.

Ajans.az xəbər verir ki, bu barədə Mehr xəbər agentliyi məlumat yayıb.

Əraqçi iddialarını BRICS xarici işlər nazirlərinin Nyu-Dehlidə keçirilən görüşündə səsləndirib.

"Əvvəlki açıqlamamda BƏƏ-dən bəhs etmədim, lakin deməliyəm ki, onlar ölkəmə qarşı təcavüzkar hərəkətlərdə birbaşa iştirak ediblər. Hücum başladıqda onu hətta pisləməkdən belə imtina etdilər", – deyə Əraqçi bildirib.

Nazir əlavə edib ki, beynəlxalq hüquq heç bir halda “səbəbsiz və əsassız təcavüz aktının dəstəklənməsinə” imkan vermir.

Əraqçi daha əvvəl İsraillə əməkdaşlıq edən dövlətlərin məsuliyyət daşıyacağı barədə xəbərdarlıq etmişdi.

"Böyük İran milləti ilə düşmənçilik axmaq bir macəradır. İsraillə əməkdaşlıq bağışlanmazdır", – deyə o, sosial şəbəkə hesabında yazıb.

Eyni zamanda, İsrail Baş naziri Benyamin Netanyahunun BƏƏ-yə gizli səfəri və BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed ilə görüşməsi barədə iddialar da yayılıb. BƏƏ tərəfi isə bu məlumatları təkzib edib.

Bundan əlavə, bəzi media iddialarına görə, BƏƏ-nin İrandakı müəyyən hədəflərə gizli zərbələr endirdiyi də bildirilir.

author picture
Leyla Bayandurlu
Mövzular:
İran BƏƏ ABŞ İsrail

Digər Xəbərlər