Reklam resmi
Reklam resmi

ÜST: 42 günlük karantin ELAN EDİLSİN

ÜST: 42 günlük karantin ELAN EDİLSİN
Dünya
1607

And hantavirusunun yayıldığı “MV Hondius” kruiz gəmisindən təxliyə edilən sərnişinlərə 42 günlük karantin tətbiq olunması tövsiyə edilib.

Ajans.az xəbər verir ki, bu barədə Tedros Adhanom Ghebreyesus brifinq zamanı açıqlama verib.

Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri bildirib ki, mayın 10-dan etibarən sərnişinlərin 42 gün müddətində aktiv nəzarət altında saxlanılması tövsiyə olunur.

O qeyd edib ki, ÜST üzv ölkələrə yalnız tövsiyə verir və bu qərarları məcburi şəkildə tətbiq etmir.

Məlumata görə, göyərtəsində təxminən 150 sərnişinin olduğu “MV Hondius” üç həftə əvvəl Argentinanın Ushuaia limanından yola düşərək Canary Islands istiqamətində hərəkət edib. Sərnişinlərin əksəriyyətinin ABŞ, Böyük Britaniya, İspaniya və Niderland vətəndaşları olduğu bildirilib.

author picture
Leyla Bayandurlu
Mövzular:
hantavirus Ümumdünya Səhiyyə Təşkilatı

Digər Xəbərlər