Reklam resmi
Reklam resmi

Sabunçuda baş verən hadisə ilə bağlı ARAŞDIRMA APARILIR

Sabunçuda baş verən hadisə ilə bağlı ARAŞDIRMA APARILIR
Kriminal

Sabunçu rayonunda talama cinayəti qeydə alınıb. Naməlum şəxs Ramana qəsəbəsində yerləşən marketlərin birindən ümumi dəyəri 1000 manat olan kosmetik ləvazimatları oğurlayıb.

Ajans.az xəbər verir ki, bununla bağlı DİN-in mətbuat xidmətindən məlumat verilib. Polis əməkdaşlarının keçirdikləri tədbirlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 36 yaşlı A.Salmanov müəyyən edilərək saxlanlıb.

Yasamal rayonunda keçirilən tədbir nəticəsində isə marketlərin birindən 490 manat dəyərində elektron siqaretləri oğurlamaqda şübhəli bilinən 33 yaşlı M.Məcidli də saxlanılıb. 

Hər iki fakt üzrə araşdırmalar aparılır.

Mövzular:
oğurluq saxlanılan

Digər Xəbərlər