ÜST-dən hantavirusla bağlı XƏBƏRDARLIQ
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) İspaniyaya gedən kruiz gəmisinin sərnişinləri arasında "Andes virusu" (ANDV) növündən olan hantavirusa altı nəfərin yoluxduğunu təsdiqləyib.
Ajans.az xəbər verir ki, bu barədə rəsmi bəyanat təşkilatın internet saytında dərc olunub.
ÜST-ün məlumatına görə, mayın 8-nə olan vəziyyətə əsasən, ümumilikdə səkkiz yoluxma halı qeydə alınıb və xəstəliyə tutulanlardan üçü dünyasını dəyişib.
Mövzular: