Reklam resmi
Reklam resmi

Papa Leo-nun ayaqqabısı müzakirələrə səbəb olub- FOTO

Papa Leo-nun ayaqqabısı müzakirələrə səbəb olub- FOTO
Dünya

“Leone a Roma” sənədli filmində Papa Leo XIV-ün görüntülərində diqqət çəkən detal sosial şəbəkələrdə geniş rezonans doğurub.

Ajans.az Famous Campaigns-ə istinadən xəbər verir ki, Roma Katolik Kilsəsinin rəhbəri ənənəvi geyimi ilə yanaşı ağ rəngli Nike idman ayaqqabıları ilə görüntülənib. Bu qeyri-adi kombinasiya istifadəçilərin diqqətini xüsusilə cəlb edib.

Çikaqoda anadan olan Papa Leo XIV-ün ayaqqabı seçimi sosial mediada sürətlə yayılıb. İstifadəçilər görüntüləri paylaşaraq bu üslubu müzakirə edib, bəziləri isə onu Jude Law-un rol aldığı “Gənc Papa” serialındakı obrazla müqayisə ediblər.

Bundan əvvəl isə ABŞ prezidenti Donald Trampın Papa Leo XIV-lə İranla bağlı mümkün münaqişəni müzakirə etdiyi barədə məlumatlar yayılmışdı. Ağ Ev rəsmisinin sözlərinə görə, İranın nüvə silahı əldə etməsi milyonlarla insan üçün təhlükə yarada bilər.

author picture
Leyla Bayandurlu
Mövzular:
Papa Leo XIV “Leone a Roma” sənədli filmi

Digər Xəbərlər