Reklam resmi
Reklam resmi

Hörmüz boğazında tanker VURULDU

Hörmüz boğazında tanker VURULDU
Dünya

İslam İnqilabının Keşikçilər Korpusunun (SEPAH) ABŞ-nin məlumatı ilə Hörmüz boğazını keçməyə çalışan və İranın xəbərdarlıqlarına məhəl qoymayan bir gəmiyə raket zərbələri endirdiyi bildirilir.

Ajans.az xarici mediaya istinadən xəbər verir ki, hücumdan sonra tanker hərəkətini dayandırıb.

Britaniya Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) isə bazar günü açıqlamasında Birləşmiş Ərəb Əmirliklərinin Fuceyrə limanından 78 dəniz mili (144 km) şimalda neft tankerinin naməlum mərmilərlə vurulduğunu təsdiqləyib.

UKMTO bildirib ki, bütün heyət üzvləri təhlükəsizdir və hadisə nəticəsində ətraf mühitin çirklənməsi barədə hər hansı məlumat daxil olmayıb.

author picture
Leyla Bayandurlu
Mövzular:
SEPAH Hörmüz boğazı

Digər Xəbərlər