Əraqçi Lavrovla telefon danışığı aparıb
İranın xarici işlər naziri Abbas Əraqçi rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığında İslam Respublikasının ABŞ və İsrail ilə münaqişəyə son qoymaqla bağlı mövqeyini müzakirə edib.
Ajans.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
Nazirlikdən verilən məlumata görə, telefon danışığı zamanı İranın xarici işlər naziri Abbas Əraqçi Rusiya xarici işlər naziri Sergey Lavrovla İran İslam Respublikasının ABŞ və sionist rejimin müharibə və təcavüzünə son qoymaq üçün son mövqeləri və təşəbbüsləri ilə bağlı fikir mübadiləsi aparıb.
Mövzular: