Reklam resmi
Reklam resmi

37 il gizlənən pedofil SAXLANILDI

37 il gizlənən pedofil SAXLANILDI
Dünya

ABŞ-da azyaşlıya qarşı törədilmiş ağır cinayətdə ittiham olunan şəxs 37 ildən sonra Filippində həbs edilib.

Ajans.az yerli mediaya istinadən xəbər verir ki, 69 yaşlı Tom Talmadge 23 aprel tarixində son illər yaşadığı Kavite əyalətində saxlanılıb. Onun kimliyi cinayət yerindən götürülmüş DNT nümunələri əsasında müəyyən edilib.

İstintaqın məlumatına əsasən, Talmadge 1989-cu ildə Florida ştatının Hillsborough qraflığında yeddi yaşlı qızı aldadaraq avtomobilinə mindirib və ona qarşı cinsi zorakılıq törədib. Daha sonra o, hadisə yerindən uzaqlaşıb.

Şübhəli uzun müddət hüquq-mühafizə orqanlarından yayınaraq ABŞ-dan kənarda yaşayıb. Onun Filippindəki fəaliyyəti ilə bağlı ətraflı məlumat verilməsə də, həmin ölkədə yaşadığı bildirilir.

Hazırda onun ABŞ-a ekstradisiyası məsələsi nəzərdən keçirilir. Talmadge azyaşlıya qarşı cinsi zorakılıq, adam oğurluğu və digər ağır cinayətlərdə ittiham olunur.

author picture
Leyla Bayandurlu
Mövzular:
ABŞ Filippin

Digər Xəbərlər