Reklam resmi
Reklam resmi

Məktəbdə İNSİDENT: 4-cü sinif şagirdi sanitar qovşaqda DÖYÜLÜB

Məktəbdə İNSİDENT: 4-cü sinif şagirdi sanitar qovşaqda DÖYÜLÜB
Hadisə
889

Gəncədə 4-cü sinif şagirdi qız sanitar qovşaqda döyülüb.

Ajans.az-ın qaynar xəttinə daxil olan məlumata görə, Gəncə şəhərində yerləşən 20 saylı tam orta məktəbdə 4-cü sinif şagirdi Vəliyeva Arzu (ad şərtidir) həmin məktəbin şagirdi olan Məmmədova Lalə (şərti ad) tərəfindən sanitar qovşağa aparılaraq döyülüb. Hadisə nəticəsində azyaşlının dizi yaralanıb və göyərib. Faktla bağlı məktəbin direktoruna və sahə rəisinə məlumat verilməsinə baxmayaraq, şikayətə baxılmayıb.

Azyaşlının nənəsi Çimnaz Məmmədovanın sözlərinə görə, hadisə artıq neçənci dəfədir ki, təkrarlanır. O bildirib ki, direktor, müəllimlər və aidiyyəti qurumlara müraciət edib. Lakin məsələ ilə bağlı heç bir tədbir görülməyib.

Faktla bağlı detalları öyrənmək üçün 20 saylı tam orta məktəbin direktor əvəzi Aygül xanımla (soyadını dəqiqləşdirmək mümkün olmadı) əlaqə saxladıq. Ancaq məktəb tərəfindən açıqlama verilməyəciyini bildirib telefonu söndürdü.

Əlavə olaraq Gəncə şəhər üzrə regional təhsil idarəsi ilə də əlaqə saxladıq. Onlar sorğumuza cavab olaraq bildirilib ki, bir şagirdin digərinə xəsarət yetirməsi ilə bağlı məsələ araşdırılıb. Araşdırma nəticəsində müəyyən edilib ki, hadisə aprelin 27-də tənəffüs zamanı məktəbin həyətində şagirdlərin bir-birini ehtiyatsızlıqdan itələməsi nəticəsində baş verib.

Bildirilib ki, şagirdlərlə məktəbin psixoloqunun iştirakı ilə fərdi söhbətlər aparılıb, həmçinin valideynlərə mövcud vəziyyət ətraflı izah edilib. Qeyd olunub ki, şagirdlərin sağlamlığı və təhlükəsizliyi daim diqqət mərkəzində saxlanılır.

author picture
Tərlan Əmrahova
Mövzular:
Gəncə Məktəbli Döyülmə

Digər Xəbərlər