Tramp Uitkoff və Kuşnerin səfərini ləğv edib
Prezident Donald Tramp ABŞ Stiv Uitkoff və Cared Kuşnerin İranla danışıqlar aparmaq üçün Pakistana səfərini ləğv edib.
Ajans.az xəbər verir ki, Tramp bu barədə “Fox News”a açıqlaması zamanı məlumat verib.
Tramp bildirib ki, ABŞ İranla münaqişədə bütün imkanlara sahib olduğu halda, ABŞ nümayəndə heyətinin Pakistana 18 saatlıq uçuş etməsinə dəyməz.
O əlavə edib ki, iranlılar istədikləri vaxt ABŞ-la telefon danışığı apara bilərlər.
Mövzular: