Reklam resmi
Reklam resmi

İran: Müəyyən edilmiş hədəflərə zərbə ENDİRİLƏCƏK

İran: Müəyyən edilmiş hədəflərə zərbə ENDİRİLƏCƏK
Dünya

İran tərəfi ölkəyə qarşı mümkün hərbi təcavüz halında əvvəlcədən müəyyən edilmiş hədəflərə dərhal zərbələr endiriləcəyini bəyan edib.

Ajans.az xəbər verir ki, bu barədə Fars xəbər agentliyi məlumat yayıb. Bildirilib ki, İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) düşmən tərəfin təhdidlərini reallaşdırmasına imkan verilməyəcəyini vurğulayıb.

“Bu gün biz Qərbi Asiyada xarici güclərin, xüsusilə ABŞ-ın iştirakından azad olan yeni regional nizamın formalaşması ərəfəsindəyik. Qüvvələrimiz 100 faiz hazırlıq vəziyyətindədir. İrana qarşı hər hansı təcavüz və ya hücum halında dərhal əvvəlcədən müəyyən edilmiş hədəflərə zərbələr endiriləcək və ABŞ ilə İsrailə daha sərt cavab veriləcək”, – deyə bəyanatda qeyd olunub.

author picture
Leyla Bayandurlu
Mövzular:
İsrail İran

Digər Xəbərlər