Ajans.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiha məlumat verib. Onun sözlərinə görə, Kiyev Türkiyədən və bir sıra digər ölkələrdən Zelenski ilə Putin arasında mümkün görüşün təşkilinə dəstək istəyib.
Nazir qeyd edib ki, Ukrayna tərəfi yalnız neytral məkanda danışıqlar aparmağa hazırdır.
“Moskva və Minsk istisna olmaqla, istənilən paytaxt görüşü təşkil edərsə, biz ora getməyə hazırıq. Bu, bizim üçün vacibdir”, – deyə Sibiha vurğulayıb.